Jerat Delofeu “Udineze”də qalır. İspan futbolçu İtaliya klubu ilə müqaviləsini 2026-cı ilin yayına kimi uzadıb.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı oyunçunun yeni anlaşmasının detalları açıqlanmır. Lakin bu sövdələşmə ilə onun klubunu dəyişəcəyi ilə bağlı söhbətlərə son qoyulub.

Son iki ili “Udinese”də keçirən hücumçu vaxtilə “Milan”, “Barselona”, “Everton”, “Sevilya” kimi klublarda oynayıb. O, uzun müddət “Uotford”a məxsus oyunçu kimi Udinedə icarədə oynamış, 2021-də 17 milyon avroya transfer edilmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp