PSJ növbəti transfer hədəfinə köklənib. Hazırda Fransa çemionunun əsas məqsədi Harri Keyni heyətə cəlb etməkdir.

Futbolinfo.az xəbər verir ki, “Tottenhem”dən ayrılmağa qərar verən İngiltərə millisinin hücumçusu londonluları kimin razı sakacağını gözləyir. O, iddilı komandada oynamaq istəyir və “Real”la “Bayer”nin təkliflərini gözləyir. Lakin madridlilər yarışdan çəkilib, münhenlilərin iki təklifi isə geri çevrilib.

Almaniya çempionunun 80 milyon avroluq təklifini qəbul etməyən “Tottenhem” 100 milyon avro istəyir. Bu məbləği isə məhz PSJ ödəmək niyyətindədir. Xarici mətbuata inansaq, parislilər həftənin sonunadək bu məbləğə yaxın bir təkliflə İngiltərə klubunun qapısını döyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp