“Los-Anceles Leykers” komandasının üzvü Lebron Ceyms karyerasının davamı ilə bağlı açıqlama verib.

“Nə zaman ki, meydançada var gücümlə oynaya bilməyəcəyəm, o zaman da karyeramı yekunlaşdıracağam. Amma bildirməliyəm ki, bu gün o gün deyil”, – deyə ulduz basketbolçu bəyan edib.

Xatırladaq ki, Lebron Ceyms iki dəfə Olimpiya oyunlarının (2008, 2012) qalibi , 1 dəfə də bürünc (2004) mükafatçısı olub. Dünya çempionatında da bir dəfə bürünc qazanan idmançının 4 MBA çempionluğu üzüyü var. Bundan əlavə o, 4 dəfə MBA-da final seriyasının ən yaxşı oyunçusu seçilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp