Bu gün Silverstoun trassında iki komandanın maraqlı testi olacaq. “Maklaren” və “Mersedes” komandaları yağış zamanı görüntünü yaxşılaşdırmaq üçün xüsusi vasitəni sınaqdan keçirəcək.

Qeyd edək ki, yağış zamanı pilotlar qabağı görməkdə çətinlik çəkirlər. Bunun da səbəbi öndəki maşının təkərlərindən qalxan su şırnağıdır. Komandalar yağış zamanı göy və yaşıl təkərlərdən istifadə edirlər. Göy təkərlər 1 saniyədə 200 litr suyu qaldıraraq kənara vurur. Bu da arxada gələn pilot üçün çətin anlar yaradır. Bu yaxınlarda Belçikada gənc pilotun həlakının əsas səbəblərindən biri də elə yağış olub. Məhz buna görə FİA belə vəziyyətin bir daha təkrarlanmamasına çalışır.

Silverstoundakı testlərdə bolidin təkərlərinə arkaya bənzər palçıqqoruyucu əlavə ediləcək. Bunun sayəsində suyun arxaya deyil, kənarlara sıçraması baş verməlidir. “Maklaren” və “Mersedes” bu elementin yararlığını Silverstoun trassının uzun düzlüyündə sınaqdan keçirəcəklər. Həmin hissə sulanacaq və yağış zamanı yaranan mənzərəni xatırladacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp