Bu gecə Los-Ancelesdə ənənəvi ESPY mükafatlarının təqdimetmə mərasimi keçirilib. Basketbolçular arasında “Denver Nuggets”in serbiyalı ulduzu Nikola Yokiç və “Los-Angeles Lakers”ın hücumçusu Lebron Ceyms laureat olublar.

Yokiç NBA-da “İlin oyunçusu” mükafatını qazanıb. Ötən mövsüm Yokiç “Naggets”in lideri kimi komandanı tarixində ilk çempionluğuna aparıb. Serbiyalı final seriyasının MVP-si olub. Komandası isə finalda “Mayami Hits”i 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Lebron Ceymsə “Ən böyük rekord” mükafatı təqdim edilib. Ceyms bu mükafatı əfsanəvi mərkəz basketbolçusu Kərim Abdul Jabbarın rekordunu yenilədiyinə görə qazanıb.

Xatırladaq ki, Kərim Abdul Cabbar MBA tarixində ən çox xal yığan basketbolçu idi. Ötən mövsüm isə bu rekordun sahibi artıq Ceyms olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp