“İnter” Danimarkanın “Orhus” klubunun və Almaniyanın gənclərdən ibarət milli komandasının müdafiəçisi Yan Aurel Bisseki transfer edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Onun transferi İtaliya klubuna 7 milyon avroya başa gəlib.

2022/2023 mövsümündə Bissek “Orhus” üçün bütün yarışlarda 35 oyuna çıxıb, 5 qol vurub, 1 qolun ötürməsini verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp