PSJ 18 yaşlı yarımmüdafiəçi Şer Nduru transfer edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı oyunçu ilə imzalanan müqavilənin müddəti 2028-ci ilin yayına qədərdir.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ndur PSJ-yə azad agent kimi keçib. O, yeni komandasında 27 nömrəli forma geyinəcək.

Ndur İtaliyanın U-20 yığmasının oyunçusudur. O, ötən mövsüm “Benfika”nın ikinci komandasında 57 matça çıxıb, 5 qola imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp