“Sabah” qapıçısı Nicat Mehbalıyevi komandada saxlayacaq. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Murad Musayev onu heyətdə ikinci qolkiper kimi düşünür.

Düzdür, geridə qalan mövsümün sonunda Mehbalıyevin Masazır təmsilçisindən ayrılacağı gözlənilirdi. “Qəbələ” onu heyətə qatmaqda maraqlı idi, hətta tərəflər satış üçün də razılaşmışdı. Amma əyalət klubu “Sabah”la razılığa gələ bilməyib. Nəticədə qolkiper masazırlılarla birlikdə Avstriyadakı təlim-məşq toplanışına yollanıb.

“Qəbələ”də isə digər mövqelər kimi qapıda problemi də qalmaqdadır. “Qırmızı-qaralar” Nicatın keçidini həll edə bilmədiyi üçün yeni çərçivə qoruyucusu axarışındadır. Səlahət Ağayevin gedişindən sonra komanda Kristof Atanqana və Elməddin Sultanovun xidmətinə möhtac qalıb, onların isə heç biri əsas heyət üzvü sayılmır.

Klubdan da qapıçı axtarışlarının davam etdiyini öyrəndik.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp