“Qarabağ”ın UEFA-ya qarşı qaldırdığı iddiaya İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq tarix bəlli olub.

Futbolinfo.az xəbər verir ki, qurumun iclası avqustun 29-da olacaq.

Vətən müharibəsi vaxtı Ağdam klubunun mətbuat xidmətinin o vaxtkı rəhbəri Nurlan İbrahimovun sosial şəbəkə hesabında etdiyi paylaşım səbəbindən UEFA “Qarabağ”ı 100 min avro məbləğində cərimələyib, İbrahimovun futbol fəaliyyətinə isə ömürlük qadağa qoyub.

İbrahimov 2021-ci il yanvarın 19-da klubdan ayrılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp