Ağdaş rayonu üzrə gənclər və idman sektorunun və Ağdaş Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində iyulun 13-də “Üzgüçülük hamı üçün” devizi altında məşğələlər təşkil edilib.

Kompleksin hovuzunda baş tutan tədbirdə üzgüçülük bölmələrində məşğul olan yeniyetmə və gənclər iştirak edib.

Layihənin məqsədi idmanın kütləviliyinə nail olmaq, idmançıların və həvəskarların asudə vaxtlarının səmərəliyini təmin etmək və hər kəsi sağlam qalmaq üçün idmanla məşğul olmağa dəvət etməkdir.

BƏHRUZ MUSAYEV, AĞDAŞ

0e48174f 15ba 469e 8c1c 055695015144 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp