Ötən mövsümün sonunda “Turan Tovuz”dan ayrılan Runi Eva Bolqarıstanın ÇSKA 1948 komandasına keçib.

Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Kamerunlu hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. 27 yaşlı forvard artıq Sofiya təmsilçisində ilk məşqinə də çıxıb.

Runi Eva ötən mövsüm 16 qolla “Turan Tovuz”un bombardiri olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp