“Real” Aurelien Tsuameni üçün gələn təklifləri bir-bir rədd edir. Xüsusilə “Liverpul”un israrla istədiyi yarımmüdafiəçi Madriddə qalacaq.

Futbolinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçi ilə bir sıra ingilis klubları maraqlanır. Mersisaydlılar isə Səudiyyə Ərəbistanına yollanmaq imkanı olan Cordan Hendersonun əvəzinə məhz onu heyətinə qatmaq istəyir. Tsuameninin ötən mövsüm heyətə az düşməsi, bu üzdən narazı olması müştərilərinin sayını artırıb.

Lakin “Real” bütün təkliflərdən imtina edib. “Kral klubu” 23 yaşlı oyunçunu satmaq istəmədiyindən hətta danışıqlara başlamağı belə lazım bilməyib.

“Real”ın ötən yay “Monako”dan 80 milyon avroya aldığı Kamerun əsilli futbolçunun 5 illik müqaviləsi var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp