“Neftçi”nin sabiq futbolçusu Mamadu Kane Kiprin “Pafos” komandasına keçib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qvineyalı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında çıxış etdiyi komanda ilə 3 illik müqavilə imzalayıb.

26 yaşlı oyunçu Pafos şəhərinin eyniadlı təmsilçisinə Yunanıstan “Olimpiakos”undan transfer olunub.

Kane 2019-2021-ci illərdə “Neftçi”nin formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp