“Real” yarımmüdafiəçisi Dani Sebalyosun zədələndiyini bildirib.

Futbolinfo.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun sağ bud sümüyünün vətərində zədə var.

Sebalyos tam tibbi müayinədən keçib. Futbolçunun sağalma vaxtı hələ açıqlanmayıb. O, təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

26 yaşlı yarımmüdafiəçi 2022/23 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp