UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin daha bir ilk oyunu başa çatıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah”ın potensial rəqiblərindən Şimali Makedoniyanın “Makedoniya” klubu Latviyanın RFS kollektivini qəbul edib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. 34-cü dəqiqədə Andrey İliç fərqlənib.
Tərəflər arasındakı cavab görüşü iyulun 20-də keçiriləcək.