Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. “Qarabağ”ın Polşada “Rakuv”un qonağı olacağı gün ağdamlıların potensial rəqibləri olan Kipr “Aris”i azarkeşləri önündə Belarusun BATE komandasını qəbul edəcək.

Çempionlar Liqası, II təsnifat mərhələsi (ilk oyunlar)

21:00. “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail)

21:00. “Aris” (Kipr) – BATE (Belarus)

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)

22:45. “Luduqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya)

22:45. “Klaksvik” (Farer adaları) – “Haken” (İsveç)

Xatırladaq ki, bu mərhələnin digər oyunları dünən baş tutub. II təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.

Shares: