Türkiyənin “Rizespor” klubu “Qarabağ”ın futbolçusu Kevin Medinanın transferindən imtina edib.
Futbolinfo.az “Ajansspor”a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi 30 yaşlı müdafiəçinin prosesi uzatması səbəbindən bu addımı atıb.
Xatırladaq ki, daha əvvəl kolumbiyalı oyunçunun Rizə təmsilçisi ilə anlaşdığı bildirilirdi.
Medinanın “Qarabağ”la müqaviləsinin müddəti 2024-cü ilin yayınadək qüvvədədir. O, 2020-ci ildən bu klubun uğurları üçün çalışır.