FIBA 18 yaşlılardan ibarət Avropa çempionatında iştirak edən 6 milli komandanın oyunçularında və nümayəndə heyətlərinin üzvlərində virus infeksiyasının simptomlarının olduğunu rəsmən açıqlayıb. Bunlar Litva, Finlandiya, Yunanıstan, İspaniya, Türkiyə və Sloveniya komandalarıdır.
Futbolinfo.az xəbər verir ki, xəstəliyin dəqiq səbəbi və diaqnozu hələ müəyyən edilməyib. Bütün pasientlər komanda həkimlərinin və yerli səhiyyə orqanlarının daimi nəzarəti altındadır.
Turnirin təqvimində heç bir dəyişiklik edilməyib.