Futbol üzrə dünya çempionatları tarixində ilk dəfə transgender oynayıb. Kanada qadın milli komandasının üzvü Kuinn turnirin 1-ci turunda Nigeriya ilə oyunda yarımmüdafiəçi mövqeyində meydana çıxıb.
Qarşılaşma 0:0 hesabı ilə nəticələnib. Kuinn bütün 90 dəqiqəni meydanda olub. Beləliklə də o, dünya çempionatlarında meydana çıxan ilk qeyri-binar idmançı kimi tarixə düşüb.
Rebekka Kuinn 2020-ci ildə özünü kişi-transgender elan etmişdi. 2021-ci ildə isə o, olimpiya medalı qazanan ilk transgender olmuşdu.