Tehran tribunalı bloger Milad Hatəmiyə ölüm hökmü çıxarıb. Günahkarı asmaqla qərar həyata keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, iki il əvvəl İnterpol Hatəmini Türkiyədə yaxalamışdı. O, İran hökumətindən gizlənərək Türkiyəyə yerləşmişdi. Hatəmi dələduzluqda, bukmeker kontorları və qumar oyunlarının təbliğində günahlandırılırdı. Bloger bu cür kontentləri reklam edərək asan yolla milyonlar qazandığını sosial şəbəkə hesabında paylaşırdı.
Türkiyə hökuməti Hatəmini İrana ekstradisiya etmişdi. İki il idi ki, blogerin məhkəməsi gedirdi. Bu ilin mart ayında məhkəmənin qərarı ilə ona ölüm hökmü oxunmuşdu.