“Qarabağ”ın polşalı sabiq futbolçusu Yakub Jezniçak Azərbaycan çempionunun həmyerliləri “Rakuv”la keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsindəki oyunu barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı müdafiəçi yerli mətbuata açıqlamasında “Qarabağ”ı cütün favoriti adlandırmayıb. Onun fikrincə, “Rakuv”un mərhələ adlamaq şansı az deyil: “İlk oyundan sonra “Rakuv”un şanslarını qiymətləndirmək daha asan olacaq. “Rakuv”a Bakıda çox çətin olacaq. Azərbaycanda iqlimin necə olduğunu bilirik, bunu bir il əvvəl “Lex” də gördü. “Qarabağ” son son bir ildə çox dəyişib. Birlikdə oynadığım oyunçuların çoxu gedib. Şansları 50/50-yə qiymətləndirərdim. “Qarabağ” çox təhlükəli komandadır. Onların heyətində fərdi bacarıqları yüksək olan futbolçular var. Abdullah Zubiri misal göstərə bilərəm. Təsadüfi deyil ki, ötən mövsüm Azərbaycan çempionatının ən yaxşı oyunçusu seçilib”.

Qeyd edək ki, bu gün Polşada keçiriləcək ilk qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Shares: