“Qəbələ” klubu Kipr “Omoniya”sına qarşı keçirəcəyi Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün yeni futbolçular sifariş edib.
Futbolinfo.az kluba istinadən xəbər verir ki, yekun heyətdə 26 futbolçu yer alıb.
Bunlardan 4-ü qapıçı, 9-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 6-sı isə hücumçudur:
Qapıçılar: 1. Rəşad Əzizli, 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 94. Həbib Hüşənov;
Müdafiəçilər: 2. İlkin Qırtımov, 3. Zurab Oçiqava, 4. Lukas Afriko, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 24. Xəyal Xudaverdiyev, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 34. Urfan Abbasov;
Yarımmüdafiəçilər: 6. Feras Abu Akal, 8. Gilad Avramov, 9. Əyyub Əllaş, 11. Asif Məmmədov, 18. Mehrac Baxşalı, 20. Bilel Auaşeriya, 99. Ahmed Ayzaya;
Hücumçular: 7. Emil Səfərov, 90. Omar Hani, 14. Ülvi İsgəndərov, 17. Yaovi Akakpo, 71. Sənan Ağalarov, 72. Osama Xalayla.
“Qəbələ” “Omoniya”ya qarşı ilk matçını iyulun 27-də evdə keçirəcək. Cavab oyunu bir həftə sonra səfərdə olacaq.