“Transferimin yubanmasına səbəb xaricdən təkliflər gözləməyim idi”. Bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in yeni transferi Bəxtiyar Həsənalızadə deyib.

Azərbaycan millisinin müdafiəçisi Gəncə klubuna keçidindən və yeni klubu ilə gec müqavilə imzalamasından danışıb: “Bir neçə təklif var idi. Xaricdən də, ölkə daxilindən də məni istəyən klublar oldu. Lakin bəzi səbəblərdən alınmadı. Azərbaycanda “Kəpəz”dən başqa daha 3 klubla danışıq aparırdım, amma olmadı. Həmin klubların adlarının çəkmək istəmirəm”.

Futbolçu iddialı klublarla da danışıqlar apardığını bildirib: “Dediyim kimi, məndən asılı olmayan şeylər baş verdi. Yubanmalar və başqa bir neçə amil keçidimə mane oldu. “Kəpəz”də əsas məqsədim yaxşı çıxış etmək və komandaya xeyir verməkdir”.

Shares: