Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri start götürüb.
Futbolinfo.az xəbər verir ki, iyulun 30-dək davam edəcək yarışda ölkəmizi qadın və sərbəst güləşçilər təmsil edəcək.
İyulun 27-28-də qadın güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) qüvvəsini sınayacaq.
Yarışın son iki günündə isə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında sərbəst güləşçilər çıxış edəcək. Heyətdə Əliabbas Rzazadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildişvili (125 kq) yer alıb.
Qeyd edək ki, ənənəvi turnirdə 2-ci kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.