Litva mətbuatı “Qalatasaray” klubunu pintilikdə günahlandırıb. “Delfi” adlı internet portalının iddialarına görə, İstanbul klubunun soyunub-geyinmə otağı oyundan sonra zibilxananı xatırladıb.
Nəşrin məlumatına əsasən, otaqda yarısı yeyilmiş pizzalar, yerə atılmış su qabları və stol altında bir neçə paket zibil qalıb.
Xatırladaq ki, “Qalatasaray” Çempionlar liqasının 2-ci təsnifat mərhələsində Vilnüsdə “Jalgiris”in qonağı olmuşdu. Sintetik ot örtüyü problemini həll eməkdə çətinlik çəkən qonaqlar qələbə qazana bilməmişdilər. Litva komandası son dəqiqələrdə bərabərlik qolu ilə tarixi nəticələrindən birinə imza atmışdı.