AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Dəqiq vaxt bəlli olmasa da, avqustun əvvəlində qurum üzvlərinin bir araya gələcəyi dəqiqdir.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, iclasda bir çox məsələlərə aydınlıq gəlməlidir. Əvəzedici komandaları maliyyələşməsi, teleyayım və s. məsələlərin müzakirə olunacağı tədbirdə əsas diqqət liqalara yönələcək.
Belə ki, AFFA liqalarda iştirakçı sayının artırılmasını müzakirə edir. I və II liqaya yeni komandaların buraxılması mümkündür. Bunun üçün müraciətlər çoxdur. Son qərarı məhz İcraiyyə Komitəsi verəcək.