Elvin Cəfərquliyevin zədəsi ciddi deyil. Müdafiəçi növbəti matçda meydana çıxa biləcək.

Dünən Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rakuv”la Polşadakı ilk matçında zədələnən Elvin məşqlərdən kənar qalmayacaq. “Qarabağ”ın cinah oyunçusu 70-ci dəqiqədə əvəzlənsə də, növbəti görüşdə oynaması üçün problem yoxdur.

Futbolinfo.az saytına açıqlama verən Cəfərquliyev əzələ yorğunluğu üzündən əvəzləndiyini, hazırda özünü yaxşı hiss etdiyini deyib.

Shares: