Cənubi Koreyanın “Tedjon Xana Sitizen” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk İspaniyanın “Atletiko” (Madrid) komandasına qol vurub.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi K Liqasının ulduzlarından ibarət kollektivin Madrid təmsilçisi ilə keçirdiyi yoldaşlıq oyununda fərqlənib.

İkinci hissədə meydana daxil olan oyunçu 50-ci dəqiqədə La Liqa klubunun qapısına yol taparaq komandasının ilk qolunun müəllifi olub.

Görüş cənubi koreyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Shares: