İyulun 29-da Almaniyanın paytaxtı Berlində gənclər arasında start götürəcək Avropa Kubokuna qatılacaq Azərbaycan cüdoçuları bəlli olub.
Futbolinfo.az xəbər verir ki, milli komanda 2 gün davam edəcək yarışda 7 çəki dərəsində 16 idmançı ilə təmsil olunacaq.
Qızların mübarizəsində Zeynəb Məmmədova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq) və Nigar Süleymanova (78 kq) qüvvəsini sınayacaqlar.
Oğlanlardan isə Nizami İmranov, Nicat Nağıyev, Samir Piriyev, İslam Rəhimov (hamısı 66 kq), Süleyman Əliyev, Vüsal Qələndərzadə, Qədir Hüseynov, Aydın Rzazadə (hamısı 73 kq), Əjdər Bağırov, Vüqar Talıbov, İsmayıl Zamanov (hamısı 90 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.
İdmançılar Avropa Kubokundan sonra 31 iyul – 2 avqustda Berlində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.