Luis Suaresin “İnter Mayami”yə keçidi baş tutmayacaq. Uruqvaylı hücumçu ikin sonunadək müqavilə ilə bağlı olduğu “Qremio”da qalacaq.

Futbolinfo.az xəbər verir ki, buna səbəb tərəflər arasında danışıqların başa çatmasıdır. ABŞ təmsilçisi konkret təkliflə müraciət etmədiyindən braziliyalılar Suaresi buraxmayıb.

“Qremio”nun baş məşqçisi Portuqaluppi konkret danışıb: “Luis dekabra qədər bizimlə qalacaq. Onunla kimsə müqavilə bağlamayacaq”.

Xatırladaq ki, Lionel Messinin “İnter Mayami”yə transferindən sonra Suares də bu kluba can atırdı. Lakin görünür yaş amilini nəzərə alan amerikalılar onun üçün pul xərcləməyi lazım bilməyib.

Shares: