“Neftçi” bu gün Avropa Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.
Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” 2-ci təsnifat mərhələsinin ilk oyunundakı ilk matçına Bosniya və Herseqovinada çıxıb.
Rəqib bu ölkənin titullu klublarından olan “Jelezniçar”dır. “Qrbavitsa” stadionundakı oyunda ədaləti estoniyalı Yuri Frişer qoruyub. Dörd qolun qeydə alındığı matçda məhsuldar heç-heçə qeydə alınıb.
Bu komandalar arasındakı cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
27 iyul
“Jelezniçar” – “Neftçi” 2:2
Qol: Cenan Haraçiç, 14. Jozef Amoa, 45+9 – Kilan Lebon, 44. Rəhman Hacıyev, 90+5.
Baş hakim: Yuri Frişer (Estoniya).
Sarayevo, “Qrbavitsa” stadionu.
Jelezniçar: 1. Edis Mulaliç, 5. Aleksandar Kosoriç (k), 19. Amar Drina, 33. İrfan Yaşareviç, 8. Nedim Mekiç, 18. Edin Biber, 7. Süleyman Krpiç, 17. Andriya Driyo, 26. Jozef Amoa, 9. Cenan Haraçiç.
Ehtiyat oyunçular: 13. Vedad Muftiç, 3. Amar Musiç, 4. Ali Paşiç, 6. Edin Kokaliç, 11. Hamza Qasal, 14. Semir Ştiliç, 21. Nikola Turanyanin, 23. Omar Beça, 28. Ayman Şemdin, 30. Drajen Dubaçkiç, 77. Haris Ovçina.
Baş məşqçi: Nermin Başiç.
Neftçi: 1. İvan Brkiç, 4. Mark Tamaş, 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov (k), 10. Filip Ozobiç, 11. Kilan Lebon, 14. Eddi İsrafilov, 23. Ataa Cabir, 26. Ömər Buludov, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.