Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.

Futbolinfo.az xəbər verir ki, yarışın 2-ci günündə bir güləşçimiz mübarizə aparıb.

Mariya Stadnik (50 kq) gözlənildiyi kimi, favorit imicini doğruldub. Dünya qadın güləşinin canlı əfsanəsi finaladək kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa “tuş”la qalib gəlib. Həlledici görüşdə təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşan Stadnik 7:0 hesablı qələbəylə “Poland Open” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, sabah Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) turnirdə qüvvəsini sınayacaq.

Shares: