Azərbaycanın FIFA referisi Elçin Məsiyev Rumıniyada ÇFR və Türkiyənin “Adana Dəmirspor” komandaları arasında keçirilən Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu idarə edib.

Futbolinfo.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. Bu, Türkiyə təmsilçisinin avrokuboklarda ilk oyunu olub.

Azərbaycanlı ədalət təmsilçisi qarşılaşma ərzində 6 futbolçuya sarı vərəqə göstərib. Məsiyev həm meydan sahiblərindən, həm də qonaqlardan 3 futbolçunu cəzalandırıb.

Qeyd edək ki, Məsiyevə bu oyunda yan xətt hakimləri qismində Elşad Abdullayev və Pərvin Talıbov yardım ediblər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirib.

Shares: