Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son gündə daha 42 qarşılaşma baş tutub.
“Qəbələ” ilə “Neftçi” də ilk matçlarına bu gün çıxıb. “Qəbələ” doğma meydanda Kipr “Omoniya”sına uduzubsa, “Neftçi” isə Bosniya və Herseqovinada “Jelezniçar”la heç-heçə oynayıb.
Azərbaycanlı hücumçu Musa Qurbanlının formasını geyindiyi İsveç “Yurqorden”i evdə İsveçrə “Lütsern”inə uduzub. Futbolçumuz 63 dəqiqə meydanda olub.
Bu mərhələnin cavab oyunları 1, 2 və 3 avqustda keçiriləcək.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
27 iyul
“Alaşkert” (Ermənistan) – “Debretsen” (Macarıstan) 0:1
“Ararat” (Ermənistan) – “Aris” (Saloniki, Yunanıstan) 1:1
“İnter” (Andorra) – “Hibernian” (Şotlandiya) 2:1
“Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa) 2:2
“Bodo Qlimt” (Norveç) – “Bohemians” (Çexiya) 3:0
“Qəbələ” (Azərbaycan) – “Omoniya” (Kipr) 2:3
APOEL (Nikosiya, Kipr) – “Voyvodina” (Serbiya) 2:1
“Auda” (Latviya) – “Spartak” (Trnava, Slovakiya) 1:1
ÇSKA (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya) 0:2
“Yurqorden” (İsveç) – “Lütsern” (İsveçrə) 1:2
“Ferentsvaroş” (Macarıstan) – “Şemrok Rovers” (İrlandiya) 4:0
“Qzira Yunayted” (Malta) – “Düdelanj” (Lüksemburq) 2:0
“Kalmar” (İsveç) – “Pünik” (Ermənistan) 1:2
“Keçkemet” (Macarıstan) – “Riqa” (Latviya) 2:1
“Viktoriya” (Plzen, Çexiya) – “Drita” (Kosovo) 0:0
“Torpedo” (Kutaisi, Gürcüstan) – “Aktobe” (Qazaxıstan) 1:4
“Bazel” (İsveçrə) – “Tobol” (Qazaxıstan) 1:3
ÇFR (Rumıniya) – “Adana Dəmirspor” (Türkiyə) 1:1
“Differdanj” (Lüksemburq) – “Maribor” (Sloveniya) 1:1
“Farul” (Rumıniya) – “Urartu” (Ermənistan) 3:2
“Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova) 3:0
PAOK (Yunanıstan) – “Beytar” (İsrail) 0:0
“Vorskla” (Ukrayna) – “Dila” (Gürcüstan) 2:1
“B36 Torshavn” (Farer adaları) – “Haverforduest Kaunti” (Uels) 2:1
“Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) 3:1
“Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya) 3:4
“Brügge” (Belçika) – “Orhus” (Danimarka) 3:0
“Dukagini” (Kosovo) – “Riyeka” (Xorvatiya) 0:1
“Gent” (Belçika) – “Jilina” (Slovakiya) 5:1
“Hapoel” (Beer-Şeva, İsrail) – “Panevejis” (Litva) 1:0
“Akureyri” (İslandiya) – “Dandolk” (İrlandiya) 3:1
“Osiyek” (Xorvatiya) – “Zalaegerseq” (Macarıstan) 1:0
“Tvente” (Niderland) – “Hammarbü” (İsveç) 1:0
“Torpedo BelAZ” (Belarus) – AEK (Larnaka, Kipr) 2:3
“Austriya” (Avstriya) – “Borats” (Bosniya və Herseqovina) 1:0
“Lex” (Polşa) – “Kauno” (Litva) 3:1
“Derri Siti” (İrlandiya) – “KuPS” (Finlandiya) 2:1
“Linfild” (Şimali İrlandiya) – “Poqon” (Polşa) 2:5
“Kruzeyders” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç) 2:2
“Şkupi” (Şimali Makedoniya) – “Levski” (Bolqarıstan) 0:2
“Sutyeska” (Monteneqro) – “Santa Koloma” (Andorra) 2:0
“Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan) 2:2