Bosniya və Herseqovinanın “Jelezniçar” komandasının baş məşqçisi Nermin Başiç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımla fəxr edirəm. Rəqibə qarşı əsl döyüşçü kimi oynadılar. Son dəqiqələrdə buraxılan qola görə məyus olduq. Avropada müdafiə olunmağı öyrənmək üçün əziyyət çəkməlisən. Sonadək bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm”.

“Nefçi”nin texniki cəhətdən güclü komanda olduğunu bildirən çalışdırıcı “ağ-qaralar”a çox qol şansı vermədiklərini söyləyib: “Rəqib oyunçuları yaxşı bağladıq. Sadəcə, son dəqiqələrdə bir az risk etdik. Hakim oynamağa icazə verdiyi üçün temp yüksək idi”.

Shares: