“Neftçi”nin baş məşqçisi Adrian Mutu Bosniya və Herseqovinada “Jelezniçar”la 2:2 hesablı heç-heçə etdikləri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis oyundan sonrakı mətbuat konfransında bunları deyib:

“Nəticəyə görə narazıyam. Amma oyundan razı qaldım. Rəqibin gücünə bələd olduq. “Jelezniçar”ın oyununu yaxşı təhlil etmişdik. Güclü komanda olduğunu bilirdik. Rəqib bu gün çox yaxşı müdafiə olundu. Stadiondakı atmosfer fenomenal idi. Uduzmadığımız üçün xoşbəxtəm. Ümid edirəm ki, bizim azarkeşlərimiz də cavab matçında eyni atmosferi yaradacaqlar”.

Shares: