“Son dəqiqələrdə buraxılan qola görə bir az məyus oldum. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Məncə, biz rəqabətədavamlı idik. Avropada hücuma dözməyi öyrənməlisən. Komandamla  fəxr edirəm. Dəyəri 10 milyon avrodan çox olan rəqibə qarşı mübarizə apardıq. 5 əsas futbolçumuz bizimlə olmasa da, oyuna yaxşı hazırlamışdıq. İndi zədə səbəbindən daha bir neçəsi sıradan çıxdı”. Bu sözləri  “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç deyib.

Futbolinfo.z xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində evdə “Neftçi” ilə 2:2 hesablı heç-heçə etdikləri ilk oyunundan sonra mətbuat konfransında danışıb: “Avropada üç oyun keçirib, uduzmamaq və altı qol vurmaq kiçik bir şey deyil. Düşünürəm ki, bu komanda həqiqətən də əlindən gələni etdi. Azarkeşlər fəxr etməlidirlər. Bizə hələ çox çalışmaq lazımdır”.

Başiç “Neftçi”nin baş məşqçisi Adrian Mutuya söz atıb: “Əgər Mutu topa sahib olduqları üçün daha yaxşı olduqlarını düşünürsə, onu təbrik edirəm. “Atletiko” topa çox sahib olmur, amma kubok qazandılar”.

Başiç “Neftçi”nin güclü komanda olduğunu vurğulayıb: “Rəqib oyunçuları yaxşı bağladıq. Sadəcə, son dəqiqələrdə bir az risk etdik. Hakim oynamağa icazə verdiyi üçün temp yüksək idi”.

Shares: