PSJ kapitanı Markinyosu hücumçu Kilian Mbappeni dəstəklədiyi üçün sata bilər. Bu barədə Fransa mətbuatı xəbər yayıb.

Futbolinfo.az xəbər verir ki, braziliyalı müsahibəsində Mbappeni müstəsna futbolçu adlandırıb və qeyd edib ki, onun klubda qalmasını istəyir. Klub rəhbərliyi isə bu sözlərə görə qəzəblənib. İndi PSJ-yə uyğun müdafiəçi transferi təklifi gəlsə, futbolçu satılacaq.

Markinyos 2013-cü ildən PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir. O, ötən mövsüm bütün yarışlarda 44 matçda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: