Azərbaycan futbolunda yenu hoqqa baş versə, təəccüblənməyin. Çünki bu idman növünün məhv olması üçün illərdi əlindən gələni edən şəxs yenə Bakıdadır.

Futbolinfo.az xəbər verir ki, AFFA-nın vitse-prezidenti, hazırda FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru olan Elxan Məmmədov geri qayıdıb. İyulun 26-da hava limanında görünən Məmmədov istəmədiyi halda jurnalistlərlə qarşılaşıb. O, tələsdiyini bildirərək açıqlama verməkdən imtina edib.

Ötən ilin aprelində ali futbol qurumuna təyinat alan, eyni zamanda AFFA-da da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirən funksionerin gəlişinin səbəbi bilinmir. Amma AFFA-da mövqelərini itirən, klublardakı kadrları bir-bir qovulan Məmmədov gəlibsə, mütləq hansısa plan qurmaq üçün buradadır. Ehtiyatlı olmaqda fayda var.

Shares: