“Neftçi” yeni hücumçu transfer edir. Bakılılar Nigeriya millisində də çıxış etmiş Aaran Olanare ilə razılıq əldə edib.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı oyunçu ilə danışıqlar uğurla bitib. İki illik müqaviləyə razılaşan Olanare Bakıya gəlib.

Vətənindən başqa Norveç, Çin, İsrail və Türkiyə çempionatlarında oynamış forvardın çıxış etdiyi ən məşhur klub cəmi iki il məxsus olduğu ÇSKA-dır. Moskvalılar bu müddətdə onu icarələrə göndərib. Olanarenin 10 ilə 10 klub dəyişməsi də ümid verməyən faktlardandır. İki il oynadığı “Ərzurumspor”dan azad agent kimi ayrılan nigeriyalı karyerası ərzində 217 rəsmi matçda 73 qol vurub, 24 assist edib.

Olanare Mateus Saldanyanın qovulmasından sonra məcburiyyətdən tələsik transfer edilsə də, bakılılara daha sabit oynayan, daha səviyyəli futbolçu lazımdır.

Shares: