“Sumqayıt”da rəhbərlik dəyişir. Tezliklə klubda ciddi islahatlar aparılacaq.
Futbolinfo.az xəbər verir ki, hazırda ciddi yoxlamaların getdiyi “kimyaçılar”da bir sıra nöqsanlar üzə çıxıb. İdman nəticələri bir yana maliyyə məsələlərində də işlərin qaydasında getmədiyi, kəsirlər olduğu, büdcənin təyinatı üzrə xərclənmədiyi bəlli olub. AFFA bu səbəbdən kluba çatmalı olan dövlət yardımının böyük hissəsini dondurub.
Son günlər klubun əsas himayədarı olan “Azərikimya”da başverənlər də kluba təsir edəcək, “Sumqayıt” “əl dəyişəcək”. Prezident Riad Rəfiyevin yola salınması ilə AFFA-nın vitse-prezidenti Elxan Məmmədovun klublarda olan sonuncu kadrı da yola salınacaq.
Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinə yeni baş direktor təyin edilən Elnur Məmmədli bu yöndə işə başlayıb.