“Əl Əhli” baş məşqçi problemini həll etmək üzrədir. Etdiyi transferlərlə diqqət mərkəzinə düşən Səudiyyə Ərəbistanı klubu indi də komandanı avropalı çalışdırıcıya tapşırmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, “Zalsburq”un baş məşqçisi Mattias Yayssleylə danışıqlar yekunlaşmaq üzrədir. Mütəxəssis Avstriya klubunda işinə dvam etmək istəsə də, ərəblərin israrından sonra fikrini dəyişib. Roberto Firminyo, Aleks Sent-Maksimen, Eduardo Mendi və Riyad Mahrez transferlərindən sonra Yayssle də layihəyə inanıb.

Sox sərfəli müqavilə təklifindən sonra məşqçi danışıqları bərpa edib. Hazırda anlaşmanın detalları müzakirə edilir və tezliklə müsbət yekunlaşacağı gözlənilir.

35 yaşlı alman mütəxəssis 2021-ci ilin yayından “Zalsburq”a rəhbərlik edir. Onun hazırkı klubu ilə daha iki illik anlaşması var.

Shares: