“Leykers”in ulduzu Lebron Ceymsin böyük oğlu Bronni Ceyms Los-Ancelesdəki Cedars-Sinai Tibb Mərkəzindən evə buraxılıb. Xatırladaq ki, Cənubi Kaliforniya Universitetinin (USC) komandasında çıxış edən Bronninin məşq zamanı ürəyi dayanmışdı.

“USC komandasının tibb işçilərinin cəld və effektiv müdaxiləsi sayəsində Bronni Ceyms qəfil ürək dayanmasından uğurla xilas edilib. O, Cedars-Sinai Tibb Mərkəzinə tam şüurlu və nevroloji cəhətdən sağlam gəlib. Yüksək ixtisaslı kadrlar tez bir zamanda cənab Ceymsə kömək göstərdikdən sonra o, istirahət etdiyi evə buraxılıb.

Pasientin müalicəsi davam edəcək. Biz onun sağalacağını səbrsizliklə gözləyirik. Bronninin dözümlülüyü, həmçinin ailəsinin və cəmiyyətin dəstəyi bizi bir qədər də ümidləndirir”, – deyə  məsləhətçi-kardioloq Merie Chukumerie ESPN-ə müsahibəsində bildirib.

Shares: