Mikel Arteta Leandro Trossardı tərifləyib. “Arsenal”ın baş məşqçisi belçikalının yeni mövsümdə örnək bir futbolçu olacağını düşünür.
Futbolinfo.az xəbər verir ki, ispan çalışdırıcı Trossardın son yoxlama oyunlarında qollar vurmasından da məmnundur: “Onun qol vurduğunu görmək çox xoşdur. Çox əla məşq edir, inanılmaz həvəsi var. Mövsümün startı ərəfəsində yaxşı səviyyəyə çatıb”.
Arteta onu digərlərindən bir addım öndə görür: “Sahib olduğumuz digər cinah oyunçularından fərqli işlər görür. Ondan müxtəlif mövqelərdə də istifadə etmək mümkündür və universallığı işimizə yarayır. Leandro ona tapşırılan istənilən mövqedə tələblərimizi yerinə yetirir. Özünəinamı isə onu daha da yaxşı edəcək”.
Xatırladaq ki, 28 yaşlı yarımmüdafiəçi bu ilin yanvarında “Brayton”dan transfer edilib. Onun londonlularla daha üç illik müqaviləsi var.