Azərbaycan para-üzgüçüləri iyulun 31-də İngiltərənin Mançester şəhərində start götürəcək dünya çempionatına yollanıblar.
Futbolinfo.az xəbər verir ki, avqustun 6-dək davam edəcək yarışda 3 idmançı mübarizə aparacaq.
Bunlar üçqat paralimpiya çempionu Raman Salei, paralimpiya çempionu Vəli İsrafilov və Könül Süleymanovadır.
Turnirdə ilk 2 yeri tutanlar 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.