Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyanın K Liqasının ulduzlarından ibarət komandasına cəlb olunmasına münasibət bildirib.

Futbolinfo.az saytı xəbər verir ki, “Tedjon Xana Sitizen” klubunun müdafiəçisi ulduzlar yığmasına düşdüyü üçün sorğuda ona səs verən futbolsevərlərə təşəkkür edib: “İlk dəfədir K Liqanın heyətində oynayıram. Azarkeşlərin sayəsində gözəl təcrübə yaşayıram. İnanıram ki, bu təcrübə daha çox öyrənməyim və inkişaf etməyim üçün fürsət olacaq. Mənə güvənən, səs verən azarkeşləri sevindirməyə çalışıram”.

Qeyd edək ki, K Liqasının ulduzlarının dünən İspaniya klubu “Atletiko”nu 3:2 hesabı ilə məğlub etdiyi görüşdə Anton Krivotsyuk bir qol vurub.

Shares: