Bir neçə gün əvvəl gözlənilmədən “Neftçi”dən ayrılaraq Serbiya klubu “Partizan”a keçən Mateus Saldanya paylaşım edib. Futbolinfo.az saytı xəbər verir ki, braziliyalı hücumçu Azərbaycan klubuna vida mesajı yayımlayıb.
O, seçimini bu cür əsaslandırıb: “Neftçi”də yaşanan anlara görə bütün futbolçulara və işçi heyətinə minnətdarlığımı bildirirəm. Hər vidanın münaqişələri olur. Amma mənim prioritetim ailəm və peşəkar karyeramdır. Bütün “Neftçi” azarkeşləri klub üçün həmişə əlimdən gələni etdiyimi başa düşsünlər. Gözəl mövsüm keçirməyinizi arzulayıram”.
Qeyd edək ki, 2023-cü ilin əvvəlində “Neftçi”yə keçən Mateus Saldanya 2022/2023 mövsümündə Premyer Liqada keçirdiyi 17 oyunda 5 qol vurub.