Bundesliqa təmsilçisi “Leyptsiq” baş məşqçisi Marko Rouzla müqavilənin müddətini uzadıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.

Rouz 2022-ci ilin sentyabrından Almaniya klubunun “sükanı arxasındadır”. Komanda ötən mövsüm Bundesliqanı 3-cü pillədə başa vurmuşdu.

Shares: