FİA Belçika qran-prisinin start düzümünün formalaşdırılma qaydasında dəyişikliyə əl atıb. Bu barədə hələlik rəsmi məlumat yoxdur. Ancaq dəyişikliyin elan ediləcəyini Endryu Benson yazıb.
Təşkilatın qaydanı dəyişməsinin səbəbi yağışın yağmasıdır. Hazırda trassın yerləşdiyi ərazidə yağışlı hava müşayiət edilir. İlk sərbəst yürüşlər yağmur altında olub.
Qeyd edək ki, reqlamentə əsasən, təsnifat mərhələsi hər hansı səbəb üzündən baş tutmursa , o zaman start düzümü sərbəst yürüşlərin nəticələrinə əsasən olur. Lakin məlumata görə, FİA reqlamentin bu bəndinə əməl etmək fikrində deyil. Bəzi məlumatlara görə, start düzümü pilotların çempionatda yerinə görə ola bilər.
Endryu Bensonun yaydığı xəbərə görə də FİA reqlamentə uyğun olmayan qərar qəbul edib. Amma hansı qərarın veriləcəyi hələlik açıqlanmır. Yarış bu gün 19:00-da start götürməli idi.