“Neftçi”dən ayrılan braziliyalı futbolçu Mateus Saldanya Serbiyanın “Partizan” komandasına keçib.
Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, “Neftçi” Mateus Saldanyanı bu ilin yanvarında Yaponiyanın “CEF Yunayted” klubundan 1 illik icarəyə götürmüşdü. Lakin futbolçu “Neftçi”nin razı olmadığı halda bu klubu tərk edərək, “Partizan”a keçməyə qərar verib.